SOSIAL ÖZ XƏBƏR

DVX bu şirkəti riskli elan etdi – 15 minlik borc üzə çıxdı

"BASEMENT-001" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyinin tələblərini pozduğuna görə riskli vergi ödəyicisi elan olunub.

32gun.az xəbər verir ki, şirkət Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əməl etmədiyinə görə Vergilər Nazirliyi tərəfindən riskli vergi ödəyiciləri siyahısına daxil edilib. Bu status vergi öhdəliklərinin yerinə yetirilməməsi, qeyri-şəffaf maliyyə əməliyyatları və digər ciddi pozuntular əsasında tətbiq olunur.

Əldə etdiyimiz digər məlumata görə, şirkıtibn dpvlət büdcəsinə 15374.83 AZN vergiu borcu da mövcuddur. 

Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HƏSƏN SEYİDBƏYLİ, ev.30, m.4 göstərilib. "BASEMENT-001" MMC-nin nizamnamə kapitalı 35 manat,  qanuni təmsilçisi isə ŞAHİN NƏCƏFOV Sabir oğludur.

Qeyd edək ki, riskli vergi ödəyicisi statusuna malik şirkətlərlə əməkdaşlıq edən digər vergi ödəyiciləri də nəzarət altına alına və əlavə vergi riskləri ilə üzləşə bilərlər.
Ayaz

Oxşar Xəbərlər