
"BAKI YEM FABRİKİ" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyinin tələblərini pozduğuna görə riskli vergi ödəyiciləri siyahısına daxil edilib.
32gun.az xəbər verir ki, şirkət Vergilər Nazirliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində şəffaf olmayan maliyyə əməliyyatları və vergi öhdəliklərinin pozulması səbəbindən riskli status alıb.
Redaksiyamılza daxil olan digər məlumata görə, "BAKI YEM FABRİKİ" MMC-nin dövlət büdcəsinə 420,335.98 manat məbləğində vergi borcu mövcuddur.
Şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Rəsmi sənədlərə görə, cəmiyyətin qanuni təmsilçisi Hikmət Mahmudov Nazim oğludur.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, riskli vergi ödəyiciləri ilə əməkdaşlıq edən digər müəssisələr də əlavə vergi nəzarətinə məruz qala və hüquqi məsuliyyət daşıya bilərlər.