SOSIAL ÖZ XƏBƏR

Türkiyənin Azərbaycandakı məşhur şirkətində DVX yoxlama apardı, "qara siyahı"ya düşdü - Vergi borcu da var

"EREĞLİ DEMİR VE ÇELİK FABRİKALARI SENAYE" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərini pozub.

32gun.az xəbər verir ki, şirkət riskli vergi ödəyiciləri siyahısına daxil edilib.

MMC-nin dövlət büdcəsinə olan vergi borcu 150882.01 AZN təşkil edir.

Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi GÜLŞƏN BABAYEVA MƏMMƏDƏLİ qızıdır.

Vergilər Nazirliyinin bu cür riskli vergi ödəyiciləri siyahısını tutmaqla məqsədi vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək, həmçinin maliyyə şəffaflığını artırmaqdır. Riskli vergi ödəyicisi statusuna malik şirkətlərlə əməkdaşlıq edən digər müəssisələr də əlavə vergi nəzarəti altına alınır və hüquqi məsuliyyət riski ilə üzləşirlər.

Nilay

Oxşar Xəbərlər