
“Kəngərli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin vergi borcu 20 min manatı ötüb.
32gun.az xəbər verir ki, xəstəxananın borcu 21077,01 manat məbləğindədir.
Qurumun direktoru və baş həkimi Abdullayeva Mehriban Kamal qızıdır.
Qeyd edək ki, M. Abdullayeva bir müddət əvvəl məhz vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulması ilə gündəmə gəlmişdi.
Hazırda borcun hələ də tam ödənilmədiyi görünür.
Ayaz