SOSIAL ÖZ XƏBƏR

“GP Klinik S” MMC-yə maliyyə sanksiyası tətbiq edilib

GP Klinik S” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulundan imtina hallarına nəzarət məqsədilə aparılan Operativ vergi nəzarəti nəticəsində akt tərtib olunub.

32gun.az xəbər verir ki, nəticədə müəssisəyə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Şirkətin hüquqi təmsilçisi Yaşar Allahverdiyev İsa oğludur, nizamnamə kapitalı isə 1000 manat təşkil edir.

Qeyd edək ki, bu cür nəzarət tədbirləri vergi qanunvericiliyinə əməl olunmamasının qarşısını almaq və nağdsız ödənişlərin stimullaşdırılması məqsədi daşıyır.

Nilay 

Oxşar Xəbərlər