.jpg)
"İKEA MEBEL LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi elan edilib.
32gun.az xəbər verir ki, bu barədə məlumat vergi orqanlarının reyestrində yer alıb.
Şirkətin qanuni təmsilçisi Samir Xəlilov Əlibala oğludur.
Riskli vergi ödəyicisi statusu, adətən, vergi öhdəliklərinin yerinə yetirilməməsi, saxta sənədlərdən istifadə və ya digər vergi qanunvericiliyinin pozulması halları zamanı tətbiq edilir.
Xatırladaq ki, İKEA mebel və məişət malları mağazaları şəbəkəsinin Bakı filialının vergi borcunun olması barədə məlumat vermişdik.
Ayaz