SOSIAL ÖZ XƏBƏR

"Qərbi Azərbaycandakı evimə köçüb bu xalçaları orada asacam" - İcra Başçısı

Xətai rayonunda Əkinçi qəzetinin 150 illiyi qeyd olunur

Xətai Rayon İcra Hakimiyyəti Əkinçi qəzetinin 150 illiyi münasibətilə tədbir keçirir. Tədbir Heydər Əliyev parkında yerləşən Amfiteatr səhnəsində baş tutur.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev çıxış edərək iştirakçıları salamlayıb, "Əkinçi" qəzetinin Azərbaycan mətbuatında oynadığı önəmli rolu vurğulayıb.

32gun.az xəbər verir ki, tədbir zamanı Rafiq Quliyevə İrəvan xalçası hədiyyə olunub.

Hədiyyəyə görə təşəkkürünü bildirən icra başçısı bu jestin onu sevindirdiyini deyib:

"Çox xoş oldu bu hədiyyə. İnşallah, Qərbi Azərbaycandakı evimə köçəcəyəm və bu xalçaları orada asacağam,” – deyə o qeyd edib.

Ayaz 

Oxşar Xəbərlər