
"ALMEYVƏ" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə olan vergi borcu daha da artıb.
32gun.az xəbər verir ki, şirkətin borcu 8 582 292,21 manata yüksəlib.
Bu, şirkətin vergi orqanları qarşısında ciddi maliyyə öhdəliklərinin olduğunu göstərir.
Şirkətin qanuni təmsilçisi Rəşid Quliyev Yusif oğludur. Hüquqi şəxsin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.
Qeyd edək ki, bu cür ziddiyyətli göstəricilər – yüksək borc və çox aşağı nizamnamə kapitalı – aidiyyəti qurumlar tərəfindən xüsusi nəzarətə götürülə bilər.
Ayaz