
"KARTON GREAT" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozan şirkətlər siyahısınadır.
32gun.az xəbər verir ki, şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.
Əldə etdiyimiz digər məlumata görə, şirkətin dövlətə olan vergi borcu 28 435,44 manat təşkil edir.
Qanuni təmsilçi Mahir Məhərrəmov Yaşasın oğludur. Hüquqi şəxsin nizamnamə kapitalı cəmi 10 manat olaraq qeyd olunub.
Həm riskli status, həm də vergi borcu olan şirkətlərin fəaliyyəti müvafiq nəzarət orqanları tərəfindən daha ciddi şəkildə izlənilə bilər.
Nilay