
"FULL MEDİCAL" Məhdud Məsuliyyətli Cəmiyyəti operativ vergi nəzarəti nəticəsində 1 000 manat məbləğində maliyyə sanksiyası ilə üzləşib.
32gun.az xəbər verir ki, Cəriməyə səbəb, POS-terminalların quraşdırılması və quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi olub. Faktla bağlı AKT tərtib edilib və sanksiya tətbiq olunub.
Şirkətin qanuni təmsilçisi Cavid Qurbanov Yunus oğludur, nizamnamə kapitalı isə 40 manat təşkil edir.
Ayaz