
1970-ci illərdə çəkilmiş nadir bir görüntü sənət və elm dünyasının tanınmış simalarını bir araya gətirir.
32gun.az xəbər verir ki, fotoda dünyaşöhrətli dirijor Maestro Niyazi və opera sənətimizin korifeyi Lütfiyar İmanov nərd oynayırlar.
Oyunu isə böyük şair Bəxtiyar Vahabzadə, tanınmış tarixçi Mahmud İsmayılov və həmin dövrdə Şəki rayon Partiya Komitəsinin katibi olmuş Ənvər Nəzərli izləyirlər.
Bu unikal an ötən əsrin ziyalı mühitindən xəbər verir. Sənət, elm və rəhbər şəxslərin səmimi dostluq atmosferində bir araya gəldiyi bu görüntü yaddaşlarda xoş xatirə kimi qalır.
Ayaz