
27 mart 1990-cı il. Gəncə şəhəri — Gəncə sakinləri məşhur Qacarlar nəslindən olan Cavad Xanın nəşinin qalıqlarını Şah Abbasın göstərişi ilə tikilmiş Cümə məscidinin ərazisinə köçürürlər. Sovet dövründə dağıdılmış Cavad Xanın məzarı yerli sakinlər tərəfindən 1962-ci ildə fəvvarə tikintisi zamanı tapılan qalıqlar və qəbir daşı gizli şəkildə basdırıldıqdan sonra yenidən ziyarətgah halına gətirilir. Sakinlər xanın qalıqlarını çiyinlərində bir neçə kilometr məsafə qət edərək hörmətlə daşıyıblar.
32gun.az xəbər verir ki, bu nadir anın əks olunduğu foto illər öncə çəkilmiş və tarixi yaddaşımıza qızıl hərflərlə yazılmışdır.
Nilay