
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizkənarında avtomobilin dənizə düşməsi ilə bağlı insident yaşanıb. İdarəetmə hüququ olmayan qadına “Hyundai” markalı avtomobili həyat yoldaşı sürücülük öyrətmək məqsədilə verib. Nəticədə nəqliyyat vasitəsi dənizə düşüb, hər iki şəxs barəsində inzibati protokol tərtib olunub.
Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə hadisənin baş verdiyi ərazidə daha ciddi narahatlıq doğuran məqam – dəniz səthindən qalxan güclü, qara tüstü sütunu diqqət çəkir.
32gun.az xəbər verir ki, yerli sakinlər və çimərlikdə istirahət edənlər həmin tüstünün mənbəyinin sənaye obyektləri və ya kimya zavodları olduğunu ehtimal edirlər.
Hazırda havaya buraxılan bu tüstünün mənbəyi və tərkibi ilə bağlı rəsmi açıqlama verilməyib. Mütəxəssislər bildirirlər ki, bu cür sənaye tullantıları təkcə atmosferin çirklənməsi ilə deyil, həm də ətrafdakı canlılar və dəniz ekosistemi üçün təhlükəli nəticələr doğura bilər.
Nilay