SOSIAL ÖZ XƏBƏR

Minatəmizləmə Agentliyində 35 min manatlıq kondisioner təmizliyi baş tutmadı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən elan edilən kondisionerlərə servis xidmətləri ilə bağlı tender ləğv edilib.

32gun.az xəbər verir ki, Səbəb olaraq, satınalmada iştirak üçün təklif təqdim edən təchizatçıların sayının üçdən az olması göstərilib.

Məlumatda bildirilir ki, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən, minimum iştirakçı sayı təmin olunmadığı üçün prosedur dayandırılıb. Tenderin ehtimal olunan qiyməti 34.830,80 manat idi.

Ayaz 

Oxşar Xəbərlər