
"Geoloji Kəşfiyyat Agentliyi" publik hüquqi şəxsi qeyri-filiz faydalı qazıntıların geoloji axtarışı və qiymətləndirilməsi işləri üzrə satınalma keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi "DRILL SUPPORT" MMC olub. Tərəflər arasında 109.902,84 manat müqavilə bağlanacağı gözlənilir.
Şirkətin qanuni təmsilçisi Cəlahir Qubadov Kamal oğludur. Nizamnamə kapitalı isə 2.000 manatdır.
Qeyd: Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyevdir.
Nilay