
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi Quba Regional Peşə Hazırlığı Mərkəzi üçün mebel və digər inventarların alınması məqsədilə satınalma keçirib.
32gun.az xəbər verir ki, Müsabiqənin qalibi "Qardaşlar Mebel" QSC olub. Bağlanması gözlənilən müqavilənin məbləği 282.867,07 manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi Hüseyn Mirzəyev Məmməd oğludur, nizamnamə kapitalı isə 3.050 manatdır.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevdir.
Nilay