SOSIAL ÖZ XƏBƏR

Biləsuvarda 572 min manatlıq təmir ləğv edilib

Biləsuvar Rayon İcra Hakimiyyəti şəhər ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı keçirdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, ləğv səbəbi olaraq göstərilib ki, təklif və təminat təqdim etmiş, müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olub.

Bu, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən tenderin ləğvi üçün əsasdır.

Təmir işlərinin ehtimal olunan qiyməti 572.048,24 manat idi.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovdur.

Ayaz 

Oxşar Xəbərlər