SOSIAL ÖZ XƏBƏR

Tibbi Bərpa İnstitutu elektrik və avadanlıqlara 179 min manat ayırır

"Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu" publik hüquqi şəxsi elektrik və texniki təchizatın yenilənməsi məqsədilə 179.473,28 manat dəyərində satınalma elan edib.

32gun.az xəbər verir, ki tender çərçivəsində peşəkar ütü (HDD), müxtəlif növ elektrik kabelləri, kiçik soyuducular və digər maşın-avadanlıqların alınması nəzərdə tutulur. Bu avadanlıqların tibb müəssisəsinin iş prosesinin daha səmərəli təşkili, laborator və reabilitasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə istifadə ediləcəyi ehtimal olunur.

Qeyd edək ki, institut Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir və əsas funksiyalarından biri də ölkədə bərpa müalicəsi sahəsində elmi tədqiqat və praktiki xidmətlərin təşkili və inkişafıdır.

Ayaz 

Oxşar Xəbərlər