SOSIAL ÖZ XƏBƏR

Gömrük Hospitalının 68 min manatlıq tenderi ləğv edildi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən dezinfeksiya və sterilizasiya sərf materiallarının satın alınması üçün elan olunan tender ləğv edilib.

32gun.az xəbər verir ki, satınalmanın dəyəri 68.242,07 manat məbləğində qiymətləndirilib. Lakin müsabiqədə iştirak edən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən olunmuş minimum üç təchizatçıdan az olduğu üçün tender baş tutmayıb.

Rəsmi açıqlamaya görə, təklif verən şirkətlərin sayının azlığı səbəbilə müsabiqənin yekunlaşdırılması mümkün olmayıb.

Ayaz 

Oxşar Xəbərlər