
"Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən İT avadanlıqlarının satınalınması ilə bağlı elan olunan tender proseduru əvvəlcə ləğv edilsə də, çox keçmədən yenidən elan olunub.
32gun.az xəbər verir ki, ilkin tenderin ehtimal olunan dəyəri 8.112,50 manat olub. Lakin satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğuna görə müsabiqə baş tutmayıb.
Maraqlısı budur ki, eyni məbləğ və şərtlərlə tender qısa müddət sonra yenidən elan edilib.
Qeyd edək ki, "Şəki Rayon Mərkəzi Xəstəxanası"na hazırda Məcid Əliyev rəhbərlik edir. O, 2022-ci ildə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə direktor vəzifəsinə təyin olunmuşdu.
Ayaz