
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən sanitar-gigiyena xidmətlərinin — deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin satınalınması üzrə keçirilmiş tenderin qalibi məlum olub.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “ECOMEDİ” Qapalı Səhmdar Cəmiyyəti olub.
Tərəflər arasında 5.637.581,58 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.
Bu vəsait sanitar təmizləmə xidmətlərinin təhsil müəssisələrində aparılması məqsədilə nəzərdə tutulur. Satınalmaya dezinfeksiya və zərərvericilərlə mübarizə xidmətləri daxildir.
Ayaz