
"Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsi mətbəə mallarının satın alınması üzrə elan etdiyi tenderin qalibi "Art Point Reklam" MMC ilə müqavilə bağlayıb.
32gun.az xəbər verir ki, müvafiq satınalma müqaviləsinin dəyəri 131.977,81 manat təşkil edir.
Müqavilənin icrasına 21 iyul 2025-ci il tarixində başlanılıb və işlərin 30 dekabr 2025-ci il tarixinədək yekunlaşdırılması nəzərdə tutulur.
Əldə etdiyimiz məlumata görə, tenderin qalibi olan "Art Point Reklam" MMC-nin dövlətə 19.846,24 manat vergi borcu mövcuddur.
Şirkətin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Tural İbrahimov Möhsün oğludur.
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanovdur.
Ayaz