SOSIAL ÖZ XƏBƏR

Fövqəladə Hallar Nazirliyinin bu idarəsi 10 manatlıq şirkətə 388 min AZN köçürə bilər 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi müxtəlif təyinatlı biodavamlı işçi mayelərin satın alınması üzrə keçirilən satınalma prosedurunda “MOTOR OİL” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.

32gun.az xəbər verir ki, tərəflər arasında 387.760,36 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Qalib şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Samir Cəfərov Sabir oğludur.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovdur. 

Nilay 

Oxşar Xəbərlər