SOSIAL ÖZ XƏBƏR

“GG Production-2019” MMC həm riskli vergi ödəyicisi, həm də borclu şirkət kimi qeydiyyata alınıb

“GG Production-2019” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozub.

32gun.az xəbər verir ki, şirkət vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi qeyd olunub.

Bundan əlavə, şirkətin dövlət büdcəsinə 7.969,97 AZN məbləğində vergi borcu mövcuddur.

Hüquqi şəxsin qanuni təmsilçisi Gündüz Abasov Vaqif oğludur, nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir.

Qeyd edək ki, vergi qanunvericiliyinə əsasən, riskli vergi ödəyiciləri siyahısına daxil edilən şirkətlər müəyyən vergi öhdəliklərini yerinə yetirmədikdə və ya vergi uçotu və hesabatlılıqla bağlı ciddi pozuntulara yol verdikdə bu statusa malik olurlar. Bu status vergi orqanlarının həmin şirkətlərlə bağlı əlavə nəzarət və yoxlamalar aparmasına əsas yaradır.

Nilay 

 

Oxşar Xəbərlər