SOSIAL ÖZ XƏBƏR

Hüseyn Cavidin nadir FOTOSU YAYILDI

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin nadir fotolarından biri sosial şəbəkələrdə yayılıb.

32gun.az xəbər verir ki, arxiv xarakteri daşıyan bu görüntü H.Cavidin cavan çağlarına aid edilir. Fotoda o, klassik geyimdə və başında o dövrə xas papaqla əks olunub.

Sözügedən foto sosial mediada ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanıb və Hüseyn Cavidin irsinin daha geniş tanıdılması baxımından əhəmiyyətli sayılıb.

Xatırladaq ki, Hüseyn Cavid (1882–1941) Azərbaycan romantizminin əsas nümayəndələrindən biri olub və "İblis", "Peyğəmbər", "Topal Teymur" kimi məşhur əsərlərin müəllifidir. Sovet repressiyası dövründə sürgün edilərək Sibirdə həlak olub.

Nilay 

Oxşar Xəbərlər