SOSIAL ÖZ XƏBƏR

Zakir Fərəcov bu şirkətlə 390 min manatlıq müqavilə bağlaya bilər -  Fəhlə ayaqqabısı, papaq, drel

Sumqayıt Şəhər İcra Hakimiyyəti “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” maddəsi üzrə xüsusi geyim və inventarların satınalınması ilə bağlı tender keçirib.

32gun.az xəbər verir ki, tenderin qalibi "RASH.M.M.TRADE AND SERVICES-2020" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında  395.913,6 AZN müqavilə bağlanacağı gözlənilir.

Satınalma çərçivəsində yay və qış üçün gödəkçələr, fəhlə ayaqqabısı, papaq, yaylıq iş çəkmələri, əlcək, drel, dəlici perforator, generator, əl motorlu otbiçən aparat və digər inventarların alınması nəzərdə tutulur.

Qeyd edək ki, "RASH.M.M.TRADE AND SERVICES-2020" MMC-nin qanuni təmsilçisi Nadir Xuduyev Bilman oğludur.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.

Oxşar Xəbərlər