
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" publik hüquqi şəxsin mətbəə məhsulları, dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı keçirdiyi tender baş tutmayıb.
32gun.az xəbər verir ki, satınalmanın ümumi dəyəri 142.789,44 AZN təşkil edirdi.
Ləğv səbəbi olaraq göstərilir ki, təklif və onun təminatını təqdim edən, həmçinin tələb olunduqda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olub. Bu isə qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən müsabiqənin keçirilməsinə imkan verməyib.
Qeyd edək ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Sara Həsənovadır.
Nilay