SOSIAL ÖZ XƏBƏR

 Nazirliyin 10,8 milyon manatlıq satınalması ləğv edildi

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işləri ilə bağlı elan edilən tender ləğv edilib.

32gun.az xəbər verir ki, satınalmanın ümumi məbləği 10.831.128,72 AZN təşkil edirdi.

Tenderin ləğv səbəbi nəzarət orqanının qərarı ilə izah olunub. Ləğv mətnində də yalnız bu qeyd yer alıb: “Nəzarət orqanının qərarı ilə”.

Hazırda satınalmanın hansı səbəbdən dayandırıldığı ilə bağlı əlavə açıqlama verilməyib.

Ayaz 

Oxşar Xəbərlər