SOSIAL ÖZ XƏBƏR

Bakı Baş Səhiyyə Mərkəzi istilik sistemlərinin təmirinə 261 min manat ayırır

Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin strukturuna daxil olan tibb müəssisələrində mövcud istilik sistemlərinin təmiri ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, təmir işləri üçün 261.622,01 AZN məbləğində vəsait ayrılıb.

Satınalma çərçivəsində paytaxtdakı səhiyyə müəssisələrinin istilik sistemlərinin yenilənməsi və təmirinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda tenderin qalibi barədə məlumat açıqlanmayıb.

Ayaz 

Oxşar Xəbərlər