
Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi müxtəlif malların satın alınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 158.914,52 AZN təşkil edir.
Tender çərçivəsində qış üçün fəhlə paltarı, süpürgə sapı, polietilen plaş, qış üçün işarə jileti, uzunqol gödəkçə, vedrə, xəkəndaz, yay fəhlə xalatı və iş çəkmələrinin alınması nəzərdə tutulur.
Qeyd edək ki, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mayılov Nizami Seyfəddin oğludur.
Nilay