SOSIAL ÖZ XƏBƏR

Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi liftləri təmir etmək üçün 30 min manatdan keçəcək 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi liftlərə texniki xidmətin göstərilməsi ilə bağlı satınalma prosesini yekunlaşdırıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "RADION GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 30.939,6 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir.

Müqavilə çərçivəsində Agentliyin balansında olan liftlərin texniki baxışı və fasiləsiz fəaliyyəti üçün xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ilin aprelində bu vəzifəyə təyin olunub.

Nilay 

Oxşar Xəbərlər