MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Müğənninin nişanlısı ailəsinin var-dövləti ilə bağlı yayılan xəbərlərə istehza ilə cavab verib

Müğənni Qriqori Lepsin nişanlısı Avrora Kiba ailəsinin maddi imkanları ilə bağlı yayılan məlumatlara istehzalı şəkildə reaksiya verib.

32gun.az xəbər verir ki, O, Telegram kanalında yazıb: "Ura, anam məni satmayıb!"

Xatırladaq ki, iyulun 23-də mediada Kibaların ailəsinin Moskvada 50 milyon rublluq mənzilə və Novoriqa şosesində 1,5 milyard rubl dəyərində saraya sahib olduqları barədə məlumat yayılıb. Bildirilib ki, Avroranın anasının illik gəliri təxminən 32 milyon rubl olan biznesi də var.

Qeyd edək ki, iyulun əvvəlində bloger Viktoriya Bonya Avrora Kibanın ailəsinin maliyyə çətinlikləri fonunda qızlarını Qriqori Lepsə “uğurlu ərə vermək” istədiyini iddia etmişdi. Bonya həmçinin Kibanın anasının bir neçə biznesini itirdiyini və 25 milyon rubl borcunun olduğunu demişdi. Bu sözlərə sərt reaksiya verən Avrora Kiba blogerə cavab olaraq onu “evli kişilərə bədənini 3 min avroya satan qadın” adlandırmışdı.

Xatırladaq ki, Qriqori Leps bu yaxınlarda tələbə Avrora Kiba ilə 2025-ci ilin yayında evlənməyi planlaşdırdığını açıqlayıb. Müğənni, həmçinin gələcək həyat yoldaşından övlad sahibi olmaq istədiyini bildirib.

Ayaz

Oxşar Xəbərlər