
Sosial şəbəkələrdə tanınmış aktyorlar Əliağa Ağayev və Arif Quliyevin arxiv fotosu maraqla qarşılanıb.
32gun.az xəbər verir ki, Şəkildə hər iki sənətkar gülümsəyərək kamera qarşısına keçib.
Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan aktyorlar Azərbaycan kino və teatr sənətində silinməz iz qoyublar.
Xatırladaq ki, Xalq artisti Əliağa Ağayev 1913-cü ildə anadan olub və 1983-cü ildə, 70 yaşında vəfat edib. O, Azərbaycan teatr səhnəsində çoxsaylı obrazlar yaradıb, həmçinin filmlərdə yaddaqalan rolları ilə tanınıb.
Digər Xalq artisti Arif Quliyev isə 1950-ci ildə dünyaya gəlib. O da 70 yaşında, 2021-ci ildə vəfat edib. Arif Quliyev həm teatr, həm də televiziya tamaşalarında komik rolları ilə sevilib.
Onların birlikdə çəkilmiş bu nadir fotosu sənətsevərlərə keçmişin unudulmaz xatirələrini yaşadıb.
Ayaz