SOSIAL ÖZ XƏBƏR

Səhiyyə Nazirliyinin tabeliyindəki qurumun 25 milyon manatlıq vaksin "alış-verişi" dayandırıldı 

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsin planlaşdırdığı böyük həcmli tender ləğv edilib.

32gun.az-ın  məlumatına görə, 2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə «Hexa vaccine» (6 valentli) vaksinin satınalınması üçün elan olunmuş tenderə ayrılması nəzərdə tutulan məbləğ 25.231.055 manat olub.

Lakin tender proseduru 24 iyul 2025-ci il tarixində baş tutmayıb. Ləğv edilməyə səbəb olaraq, qanunvericiliyin 36.1.1-ci bəndi göstərilib. Belə ki, satınalmada iştirak etmək üçün tələb olunan sənədləri (təklif və onun təminatı) təqdim etmiş, eyni zamanda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu isə prosedurun davam etdirilməsinə hüquqi əsas verməyib.

Qeyd edək ki, “Hexa vaccine” adlı 6 valentli vaksin uşaqların eyni anda bir neçə yoluxucu xəstəliyə qarşı immunlaşdırılması üçün istifadə olunur və beynəlxalq təcrübədə geniş tətbiq edilir.

Nilay

Oxşar Xəbərlər