
Neftçala Rayon İcra Hakimiyyəti rayon ərazisində bir neçə istiqamətdə təmir işlərinin həyata keçirilməsi ilə bağlı satınalma proseduru elan edib.
32gun.az-ın əldə etdiyi məlumata görə, satınalma daxili yolların əsaslı təmirini, büdcədənkənar vəsait hesabına həyata keçiriləcək daxili yol işlərini və mənzil fondunun əsaslı təmirini əhatə edir.
Layihə üzrə ehtimal olunan maliyyə dəyəri 898.899,22 manat təşkil edir.
Qeyd edək ki, bu satınalma həm dövlət büdcəsi, həm də büdcədənkənar vəsaitlər hesabına maliyyələşəcək təmir işlərini əhatə edir.
Xatırladaq ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur.
Ayaz