
Mədəniyyət və İncəsənət Universitetinin rəsmi saytında tanınmış sənətçilərin adları yanlış yazılıb / FOTO
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi saytında transliterasiya ilə bağlı ciddi səhvlər baş verib. Saytda xalq artistləri Firəngiz Mütəllimova və Əliqismət Lalayevin ad və soyadlarının ingilis dilində yanlış formada təqdim olunduğu aşkarlanıb. Səhvlər universitetin saytının İngilis dili bölməsində yer alıb.
32gun.az xəbər verir ki, Əliqismət Lalayevin adı Elizabeth Lalayev, Firəngiz Mütəllimovanın adı isə Pharaoh Mullimova kimi qeyd edilib. Səhv ilk olaraq sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və bu barədə "Grammari Azı" səhifəsində paylaşım edilib.
Qeyd edək ki, bu cür halların baş verməsi transliterasiya məsələlərinə daha ciddi yanaşılmasının vacibliyini bir daha gündəmə gətirir. Xüsusilə tanınmış şəxslərlə bağlı məlumatların rəsmi platformalarda dəqiq şəkildə əks etdirilməsi mühüm əhəmiyyət daşıyır.
*Tənqidlərin artmasından sonra universitet rəhbərliyi qeyd olunan səhvləri düzəldib. Lakin daha sonra saytın İngilis dili bölməsi hələlik ləğv edilib.
Ayaz