
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən elan olunmuş iki satınalma proseduru tenderdə iştirak edən təchizatçıların sayının az olması səbəbindən ləğv edilib.
32gun.az-ın məlumatına görə, Quba DOST və Peşə Hazırlığı Mərkəzinin xarici qaz təchizatı üzrə tikinti işlərinin satınalması üzrə tender ləğv olunub. Satınalmanın ehtimal olunan qiyməti 16.195 manat təşkil edirdi. Ləğv səbəbi olaraq təklif və təklifin təminatını təqdim etmiş, tələb olunan halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Qanunun 36.1.1-ci maddəsinə əsasən belə hallar satınalmanın ləğv edilməsinə səbəb sayılır.
Eyni səbəbdən, DOST Agentliyi, onun mərkəzləri və təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün çap, mətbəə, promo materiallar, möhür və ştampların satın alınması üzrə də elan olunmuş tender baş tutmayıb. Bu satınalmanın ehtimal olunan məbləği 133.909,29 manat idi.
Hər iki halda tender sənədlərini təqdim edən və iştirak tələblərinə cavab verən təchizatçıların sayının üçdən az olması qanunvericiliyə uyğun olaraq prosedurların ləğv olunmasına səbəb olub.
Ayaz