
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən elan olunmuş laboratoriya və digər sərf materiallarının satın alınması üzrə tender iştirakçı çatışmazlığı səbəbilə ləğv edilib.
32gun.az-ın məlumatına görə, satınalmanın ehtimal olunan qiyməti 594.468,56 manat təşkil edib. Lakin təklif və onun təminatını təqdim etmiş, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün, qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən müsabiqə baş tutmamış hesab edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov, Mərkəzi Gömrük Hospitalının rəisi və baş həkimi isə Bəxtiyar Musayevdir.
Belə hallar dövlət satınalmaları zamanı şəffaflıq və rəqabət prinsiplərinin təmin olunması üçün nəzərdə tutulmuş qanunvericiliyə uyğun prosedurdur.
Ayaz