SOSIAL ÖZ XƏBƏR

Anar Rzayev 137 min manatlıq ziyafət verəcək - Xarici vətəndaşlara

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi beynəlxalq yük və sərnişin daşımalarının təşkili çərçivəsində xarici ölkə vətəndaşlarının qonaqlama xərcləri üçün müxtəlif xidmətlərin satın alınması ilə bağlı  “RR Travel Company” müqavilə bağlayıb. 

32gun.az xəbər verir ki, bağlanmış müqavilənin dəyəri  137.130,16 manat təşkil edir. 

Xidmətlər paketinə aşağıdakılar daxildir:

280 nəfərlik 9 dəfə çay-kofe fasiləsi,

9 dəfə şirniyyat menyusu,

nahar və şam yeməkləri,

rəsmi ziyafət – şam yeməyinin təşkili,

standart və deluxe otaqlarda mehmanxana yerləşdirilməsi və digər xidmətlər.

Layihə xarici ölkə vətəndaşlarının iştirakı ilə keçiriləcək beynəlxalq səviyyəli tədbirlərin qonaqpərvərlik və xidmət keyfiyyəti baxımından yüksək səviyyədə təşkilini nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayevdir. Agentlik nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir.

Nilay 

Oxşar Xəbərlər