
“ŞİRİN AQRO” Qapalı Səhmdar Cəmiyyəti barəsində aparılan operativ vergi nəzarəti tədbirləri nəticəsində bir neçə maliyyə pozuntusu müəyyən edilib.
32gun.az xəbər verir ki, aşkar edilən nöqsanlarla bağlı cəmiyyətə ümumilikdə 8.040 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Dövlət Vergi Xidmətinin məlumatına görə:
Fiziki şəxslərlə bağlanmalı olan əmək müqavilələrinin hüquqi qüvvəyə minməməsi səbəbilə 2.000 manat və 6.000 manat olmaqla iki ayrı akt əsasında cərimə tətbiq edilib;
2017-ci il üzrə vergi hesabatının və ya onu əvəz edən arayışın vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası müəyyən olunub.
Qeyd edək ki, “ŞİRİN AQRO” QSC-nin qanuni təmsilçisi Xanlar Hümmətov İsrafil oğludur. Şirkətin nizamnamə kapitalı 2.050 manat təşkil edir.
Ayaz