SOSIAL ÖZ XƏBƏR

Qoşqar Təhməzli bu şirkətlə müqavilə bağlaya bilər - Agentliyin pərdələrini 10 min manata yudurdacaq

AQTA pərdələrin yuyulması üçün 10 min manatlıq xidmət alır – qalib şirkət məlum oldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Pərdələrin təmizlənməsi xidmətləri” ilə bağlı satınalma keçirib.

32gun.az-ın əldə etdiyi məlumata görə, bu xidmətin göstərilməsi üçün "GREEN CLEANİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Tərəflər arasında 10.295,97 manat dəyərində müqavilənin bağlanacağı gözlənilir.

Sifarişə aşağıdakılar daxildir:

  • Günlük pərdənin yuyulması
  • Tül pərdənin yuyulması
  • Velür parça bej rəngli pərdənin yuyulması
  • Neylon bej rəngli tül pərdənin yuyulması
  • Saten parça krem rəngli günlük pərdənin yuyulması
  • Neylon tül qəhvə rəngli tül pərdənin yuyulması

Qalib şirkət – "GREEN CLEANİNG" MMC-nin qanuni təmsilçisi Gündüz Məmmədli Zakir oğludur. Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Qoşqar Təhməzli rəhbərlik edir.

Ayaz 

Oxşar Xəbərlər