SOSIAL ÖZ XƏBƏR

Mirələm Cəlalov Təcili yardım maşınlarının təmiri üçün 841 min manat xərcləyəcək

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsi "İveco Daily 35S 15/E4 V/P" markalı təcili yardım avtomobillərinin əsaslı təmiri üçün ehtiyat hissələrinin satın alınması məqsədilə tender elan edib.

32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 841.420,03 manat təşkil edir. Tenderə əsasən, alınacaq ehtiyat hissələri sırasında kondisioner radiatoru, su radiatoru, farsunka, starter, generator və digər mühüm komponentlər yer alır.

Xatırladaq ki, Mirələm Cəlalov 2023-cu ildə  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə direktor təyin olunub. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub.

Ayaz 

Oxşar Xəbərlər