“Regional Su Meliorasiya Xidməti” 120 min manatlıq müqavilə bağlayır – Qalib şirkət yenə tanış ad oldu
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi Ləcət Qobu 4-cü qolu kanalının 1,4 kilometrlik hissəsinin beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri ilə bağlı satınalma prosedurunun nəticələrini açıqlayıb.
32gun.az xəbər verir ki, tenderin qalibi “SVS-LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 120.241,74 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.
Məlumata görə, şirkətin qanuni təmsilçisi Məhərrəm Quliyev Esaq oğludur.
Qeyd edək ki, “SVS-LTD” MMC bu zamana qədər təkcə bu qurumun deyil, həmçinin Dövlət Su Ehtiyatları Agentliyinə tabe olan digər qurumların da bir neçə tenderinin qalibi olub.
Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun imzaladığı əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilmişdi.
Ayaz