Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Yol Təchizat” MMC özüboşaldan yük avtomobillərinin satınalınması ilə bağlı tender keçirib.
32gun.az-ın məlumatına görə, tenderin qalibi “IMPROTEX TRUCKS AND BUSES” MMC olub.

Şirkətlə 6 milyon 952 min 560 manat dəyərində müqavilə bağlanacağı gözlənilir.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, Araşdırmalarımız zamanı məlum olub ki, qalib şirkətin dövlətə 351 min 179 manat 3 qəpik vergi borcu var.
Bu isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər.
“IMPROTEX TRUCKS AND BUSES” MMC-nin nizamnamə kapitalı cəmi 220 manatdır. Şirkətin qanuni təmsilçisi Mühəmməd Fərid Abdullayev Azər oğludur. Hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir.

Araşdırmamız zamanı məlumat olub ki, şirkət sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.

Onun qanuni təmsilçisi olduğu “Improtex Motors” MMC də eyni hüquqi ünvanda qeydiyyatdadır.
Ayaz
