“Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi dəftərxana, təsərrüfat və mətbəə mallarının satınalınması ilə bağlı elan edilən tenderin qalibi “ART POİNT REKLAM” MMC olub
32gun.az xəbər verir ki, tərəflər arasında 120.431,54 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir.
Satın alınacaq mallar arasında qabyuyan maye, xlor maye, maye sabun, təmizləyici pasta, kafel və kirəc təmizləyən, pəncərə və şüşə silən maye, pəncərə və şüşə silmək üçün dəri, eləcə də ağardıcı paltarlar üçün vasitələr , Döşəmə bezi və.s yer alır.
Qalib şirkətin qanuni təmsilçisi Tural İbrahimov Möhsün oğludur.
“ART POİNT REKLAM” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır.
Xatırladaq ki, xəstəxananın direktoru vəzifəsi 2022-ci ilin avqust ayında Əliyev Məcid Abduləli oğluna həvalə olunub.
Ayaz