SOSIAL ÖZ XƏBƏR

"Azərişıq" 11 milyona kabel dəyisir

“Azərişıq” ASC Hacıqabul və Salyan rayonlarını əhatə edən iri həcmli elektrik infrastruktur layihəsi ilə bağlı satınalma elan edib. Layihə Ələt Azad İqtisadi Zonası üçün ayrılmış ərazilərə təsadüf edən elektrik veriliş xətlərinin və qurğularının köçürülməsi, həmçinin perspektiv kabel kanallarının quraşdırılmasını əhatə edir.

32gun.az xəbər verir ki, işlərin dəyəri 11.107.292,54 manat məbləğində qiymətləndirilir. Bu məbləğə mövcud xətlərin sökülməsi, yenidən qurulması, həmçinin yeni kabel infrastrukturunun çəkilməsi daxildir.

Ayaz 

Oxşar Xəbərlər