"Seranit Azərbaycan" şirkətinin təşkilatçılığı ilə İstanbula mediatur təşkil olunması barədə daha əvvəl məlumat vermişdik.
Tur çərçivəsində media nümayəndələri Türkiyənin keramika sənayesində xüsusi mövqeyə malik olan “Seranit Granit Seramik Sanayi və Ticaret” A.Ş.-nin Bilecikdəki fabrikində, həmçinin şirkətin mərkəzi ofisinə yollandıq.
Media nümayəndələrinin suallarını cavablayan “Seranit” şirkətinin İdarə Heyətinin üzvü Fatih Kıvanç Azərbaycanla bağlı mövqeyini açıqlayıb.
O bildirib ki, Azərbaycan şirkət üçün strateji tərəfdaş olaraq xüsusi əhəmiyyət daşıyır və bu əməkdaşlıq sayəsində iki ölkə arasında körpü rolunu oynamağı hədəfləyirlər.
Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının Baş Redaktoru
.
.
.
.
.