SOSIAL ÖZ XƏBƏR

Bolt sürücüsündən sərnişinə qarşı pul qalığı oyunu – Bakı sakini narazıdır

Bakı sakini bu gün “Bolt” taksi xidmətindən istifadə edərkən sürücünün onu aldadaraq artıq pul saxladığını iddia edib.

32gun.az xəbər verir ki, onun sözlərinə görə, gediş haqqı 4.80 manat olduğu halda, sürücünün telefonunda 6.80 manat göstərilib.

“Sürücü ağsaqqal kişi idi. 20 manat verdim ki, qalıq çıxsın. Dedi utanıram 7 manat çıxmağa. Dedim çıx, eybi yox. Pulun qalığını qaytardı ki, al 13 manat. Baxmadan götürüb çantama qoydum. Təxminən iki saat sonra geri qayıdanda gördüm ki, 13 manat yerinə cəmi 4 manat qaytarıb. Zəng vurmaq istədim, amma proqramda qeyd etdiyi nömrə işləmir”, – şikayətçi bildirib.

Zərərçəkən vətəndaş məsələni kimə şikayət edəcəyini soruşur. Qanunvericiliyə görə, belə hallarda sərnişin “Bolt” tətbiqi üzərindən rəy bildirə, eləcə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, həmçinin Daxili İşlər Nazirliyinə müraciət edə bilər.

Ayaz 

Oxşar Xəbərlər