Elxan Baxışov yarım milyon manata görün nə almaq istəyir
Ekologiya Nazirliyi nəqliyyat parkını yeniləyir
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi müxtəlif növ texnika və nəqliyyat vasitələrinin alınması üçün elan etdiyi tenderlərin qalibi bəlli olub.
32gun.az xəbər verir ki, hər iki müsabiqənin qalibi “PROLİNK CASPIAN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Bağlanacağı planlaşdırılan Müqavilələr çərçivəsində alınacaq avadanlıqlar:
Təkərli ekskavator – 279.000 AZN
Müxtəlif növ nəqliyyat vasitələri (2 ədəd pikap, 1 ədəd yük maşını) – 216.000 AZN
Alınan texnika və vasitələrin ümumi dəyəri 495.000 AZN təşkil edir.
Xatırladaq ki, Nazirliyin Nəqliyyat İdarəsinin direktoru Elxan Baxışovdur. Yeni texnika və vasitələr idarənin nəqliyyat parkının modernləşdirilməsinə xidmət edəcək.
Ayaz