Gəncədə fəaliyyət göstərən “İmperial Garden” restoranı ilə bağlı şikayət yayılıb.
32gun.az xəbər verir ki, "Bozqurdlar və mücahidlər" adlı hesabdan müştəri sosial şəbəkədə bildirib ki, müəssisədə göstərilən xidmət səviyyəsi olduqca aşağıdır.
Şikayətdə qeyd olunur ki, ofisiantı çağırmaq mümkün olmur, administrator olaraq isə 17-18 yaşlı təcrübəsiz gənci təqdim edirlər. Müştərinin sözlərinə görə, verilən sifariş yalnız 1 saat yarım sonra masaya gətirilib.
“Adı var, amma xidməti yoxdur. Müştəri məmnuniyyəti onların vecinə deyil. Belə yerdə niyə pul xərcləyirik?” – deyə narazı vətəndaş qeyd edib.
Qeyd edək ki, son dövrlər restoran və ictimai iaşə müəssisələrində xidmət səviyyəsi ilə bağlı sosial şəbəkələrdə mütəmadi olaraq şikayətlər paylaşılır.
Ayaz